YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya parlamentinin Bakıya – I Avropa Oyunlarına gedəcək nümayəndə heyəti formalaşdırılır

Milli Məclisin sədri Oqtay Əsədovun “Dostluq ordeni” ilə təltif edilməsi Rusiyanın iqtisadi, humanitar və sosial sahələrdə Azərbaycan ilə əməkdaşlığa və birgə fəaliyyətə yönəldilmiş strateji xətt yeritdiyini təsdiqləyir.
Bu sözləri Rusiya Federasiyası Şurası sədrinin müavini İlyas Umaxanov jurnalistlərə deyib. Xatırladaq ki, Oqtay Əsədovun təltif olunması haqqında fərman bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
İlyas Umaxanov deyib: “Xarici dövlətin, hətta çox yaxın bir dövlətin parlament sədrinə Rusiya Fedearasiyası Prezidentinin fərmanı ilə “Dostluq ordeni”nin təqdim olunmasına çox misal göstərmək mümkün deyil. Şübhəsiz, bu, Azərbaycan parlamentinə 10 ildən bəri başçılıq edən və 15 ildir MDB Parlamentlərarası Assambleyasının üzvü olan Oqtay Sabir oğlunun özünün xidmətidir. Bu, həm də dövlətlərarası münasibətlərin və dövlətlərimizin liderləri Vladimir Vladimiroviç Putin ilə İlham Heydər oğlu Əliyev arasında münasibətlərin səviyyəsinə verilən qiymətdir”.
Federasiya Şurası sədrinin müavini bu hadisəni Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinin təzahürü adlandıraraq deyib: “Bu, həmçinin bütün ictimai, qeyri-kommersiya təşkilatları və vətəndaşlar üçün dövlətlərimizdə həyatın daha yaxşı, dostluğun daha möhkəm olması naminə daha səylə və fəal işləmək çağırışıdır”.
İlyas Umaxanov bildirib ki, iki ölkənin parlamentlərarası dialoqu çərçivəsində indi Rusiya parlamentinin Bakıya - I Avropa Oyunlarına gedəcək nümayəndə heyəti formalaşdırılır. O deyib: “Parlament nümayəndə heyətinə daxil olmaq üçün həm Dövlət Dumasında, həm də Federasiya Şurasında müsabiqə gedir. Əlbəttə, müsabiqə çox yüksək səviyyədə keçirilir, adları sadalasaq, hər şey daha aydın olar: Vyaçeslav Fetisov, İrina Rodnina, Tatyana Lebedeva və Bakıda keçiriləcək I Avropa Oyunlarında fəxri qonaq və rəsmi nümayəndə kimi Rusiyanı təmsil edəcək bir çox digər olimpiya çempionları”.