YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Tacikistan nümayəndə heyəti ilə görüş olub

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər, Milli Ənənələrin, Şənliklərin və Mərasimlərin Tənzimlənməsi üzrə Komitənin sədri Suleyman Davlatovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə dini adət-ənənələr, bu sahədə əməkdaşlıq, ali məktəblərdə İslam teologiyasının tədrisi, cəmiyyətdə din ilə bağlı müasir problemlər, radikal dini cərəyanlara qarşı mübarizənin qanunvericilik və normativ-hüquqi əsasları məsələləri müzakirə edilib. Hər iki ölkədə dini ekstremist cərəyanların yaranması ehtimalı və bu kimi neqativ halların qarşısının alınması istiqamətində fikir mübadiləsi aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır.
Süleyman Davlatov Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirib.