YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli barədə düşünməlidir

Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli barədə düşünməlidir.

Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. /Trend/

Onun sözlərinə görə, Avropa Parlamenti 1915-ci il hadisələri barədə qətnamə qəbul etmək əvəzinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylər göstərməlidir: "Türkiyə dəfələrlə bəyan edib ki, Ankara Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi şərtilə Ermənistanla əlaqələrin normallaşdırılmasına hazırdır və Avropa Parlamenti bu barədə bilir".

Ə.Davudoğlu qeyd edib ki, Avropa Parlamenti bilməlidir ki, Avropada irqçilik yeni sima alıb: "Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb. Avropa Parlamentindən Avropanın Asiya və Afrikanın bəzi ölkələrini müstəmləkəçiliyə çevirdikdən sonra bəzi xalqların hara yoxa çıxdığını soruşmaq lazımdır".