Xəbərlər
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir.
R.Abdullayev aprelin 17-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində R. Abdullayevin Gürcüstanın digər rəsmi şəxsləri ilə görüşü və Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı da nəzərdə tutulub.