Xəbərlər
Kuba Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.
Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.
Hörmətlə,
Migel Dias-Kanel Bermudes
Kuba Respublikasının Prezidenti