YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının fəalları Çernobıl əlilləri ilə görüşüblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Çernobıl faciəsinin 36-cı ildönümü ilə əlaqədar sosial aksiya keçirib. Aksiya zamanı partiya fəalları Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olmuş rayon sakinlərini ziyarət edib, problemləri ilə maraqlanıb və ərzaq sovqatlarını çatdırıblar.

Çernobıl əlilləri  də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hələ 1993-cü ildə Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamışdı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də Çernobıl əlillərini daim diqqət mərkəzində saxlayıb, təqaüdlərinin, müavinətlərinin artırılması haqqında  sərəncamlar imzalayıb. Elə Nizami rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da müxtəlif dərəcəli əlildirlər və onlar da dövlət tərəfindən müəyyən edilmiş təqaüd və müavinətlər ilə təmin olunublar.

DİGƏR Xəbərlər Arxiv