YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı əsrlər boyu zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz edib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan xalqı əsrlər boyu zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz edib. Milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz ulu öndərimizin adı ilə bağlıdır. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun təbliğat apararaq xalqımızı tarixi keçmişindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail ola bilmədi.

Vaxt var idi ki, milli dəyərlərimizi özündə əks etdirən Novruz bayramı da bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi.

Bu gün bu ənənə ümummilli Liderin Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Məhz Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci viste-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdildiyinə dəlalət edir.

Son olaraq cənab Prezidentin 28 illik həsrətdən sonra ilk Novruz bayramını məhz Şuşada qeyd etməsinin, tarixi Cıdır düzündə tonqal qalamasının həm rəmzi mənası,həm də mənəvi-psixoloji izahları var. Dövlətimizin başçımızın da bəyan etdiyi kimi, Qarabağ hər zaman dövlət siyasətinin mərkəzində olub. Biz heç bir halda, bir addım belə öz mövqeyimizdən kənara çəkilmədik. İllər ərzində nümayiş olunan bu prinsipiallıq bizi böyük Qələbəyə yaxınlaşdırırdı. Bunun nəticəsində bu il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olunur. Cənab İlham Əliyevin Şuşada qaladığı tonqalı,həmdə xalqımızın zəfər məşəli hesab etmək olar.

DİGƏR Xəbərlər Arxiv