YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz tonqalı – Ali Baş Komandanımızın, qəhrəman əsgərlərimizin Zəfər təntənəsi!

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Xalqımız çox ulu xalq olduğu üçün qədim milli və mənəvi dəyərlərə malik adət-ənənələrə sahibdir. Qədim tarixə malik olan Novruz bayramı uzun əsrlərdir ki, xalqımız üçün ən əziz bayramlardan biri olaraq qalır. Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən çox qədim zamanlardan xalqımız arasında bir ənənəyə çevirilmiş Novruz 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bir gündür.

Alimlərin fikrincə, bu bayramın tarixi Zərdüşt peyğəmbərin yaşadığı dövrlə başlayır, onun yaşı ən azı 3700, ən çoxu 5000 ilə bərabərdir. İslam alimləri bu bayrama dini rəng versələr də, əslində Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir və günəşin bir illik öz oxu ətrafında fırlanması ilə əlaqədardır.

Sovet dövrünün qadağalarına baxmayaraq əsrlər boyu ənənələrə sadiq qalan hər bir azərbaycanlı ailəsi Novruzu çox təntənəli qeyd etmiş, Novruz mərasimlərini yaşadaraq nəsildən-nəslə ötürmüşdür.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Novruz Azərbaycanda dövlət bayramı kimi yüksək səviyyədə qeyd olunur.

Dostluq, həmrəylik, el bayramına çevirilmiş Novruz bayramı münasibətilə ulu öndər Heydər Əliyev xalqımızı 21 mart 2000-ci il tarixdə təbrik edərkən demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız Novruz adət-ənənələrimizi yaşadır və hər bir vasitə ilə xalqımızın zəngin mədəni irsini dünyaya tanıdırlar.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bəşəriyyətin qeyri maddi-mədəni irsi olaraq UNESCO tərəfindən qeydə alınmışdır və 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.

 

Bir vaxtlar hamımızın arzusu düşmən tapdağı altında olan ulu torpaqlarımızda Novruz tonqalının alovlanmasını görmək idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəman oğulları 44 gün ərzində işğal altında olan torpaqlarımızı düşmən əsarətindən xilas edə bildilər. Ümummilli liderimizin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” müdrik fikri və xalqımızın 30 illik arzusu gerçəkləşdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı olan Şuşada Novruz tonqalını yandırması haqq-ədalətin, Azərbaycan xalqının Qələbəsinin, Ordumuzun Zəfərinin təntənəsinə çevrilmişdir.

DİGƏR Xəbərlər Arxiv