Xəbərlər
Qarabağda tikiləcək elektrik enerjisi stansiyalarının hamısı bərpa olunan enerji mənbələrindən olacaq
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzaladığımız “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu çərçivəsində 3 istiqamətdə iş aparacağıq.
Bunu mətbuat konfransında energetika naziri Pərviz Şahbazov bildirib.
“Qarabağ üçün işlənib hazırlanmış “Yaşıl enerji” konsepsiyası çərçivəsində bu regionda mövcud olan və tikiləcək bütün elektrik enerjisi stansiyalarının hamısı bərpa olunan enerji mənbələrindən olacaq. İlk növbədə, Kəlbəcər-Laçın zonasında 100 meqavatlıq külək elektrik stansiyasının tikintisi, Qarabağdakı evlərin üzərində günəş panellərinin yerləşdirilməsi həllərinin axtarıb tapılması istiqamətində işlər görüləcək. Həmçinin “Masdar” şirkəti ilə Qarabağda ən azı 200 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi imkanlarını araşdırırıq. Bu, gələcəyə yönəlmiş addımlardır və biz bu istiqamətdə birgə işləyəcəyik”, - deyə P.Şahbazov qeyd edib.