Xəbərlər
Azərbaycan Dövlət Komissiyasının üzvləri Ankarada TANAP layihəsi ilə bağlı görülən işlərin gedişi ilə tanış olublar
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən yaradılmış Dövlət Komissiyasının üzvləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər şəxslər iştirak ediblər.
TANAP-ın baş direktoru Saltuk Düzyol ötən dövr ərzində layihə çərçivəsində görülən işlərlə bağlı komissiya üzvlərinə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsi ilə bağlı bir sıra yerli və xarici şirkətlərlə mühüm anlaşmalar imzalanıb.
Ətraf mühitlə bağlı hesabatın qısa bir müddət ərzində təsdiq edilməsi vaxt itkisinə yol verilməməsi baxımından mühüm addım olubdur.
Qeyd olunub ki, işlərin yüksək keyfiyyətlə aparılmasına xüsusi diqqət yetirilir.