YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat və enerji layihələrində ABŞ şirkətləri fəal iştirak ediblər

ABŞ ilə Azərbaycan arasında əlaqələr çoxşaxəlidir. Bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etməyimizə baxmayaraq, ölkələrimiz arasındakı ilk diplomatik əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünə - 1919-cu ildə Birinci Dünya müharibəsindən sonra Paris Sülh Konfransı zamanına təsadüf edir.

Bu fikirləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında ifadə edib.

Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ-ın aparıcı enerji şirkətləri iştirak edib və həmin layihənin gerçəkləşməsinə öz töhfələrini veriblər. “Son 30 ildə regionumuzda məhz Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələrində ABŞ-ın aparıcı şirkətləri fəal iştirak ediblər. ABŞ hökuməti bu layihələrə daim dəstək göstərib”, - deyə nazir müavini bildirib.

DİGƏR Xəbərlər Arxiv