Xəbərlər
Rasim Musabəyov: Ermənistan ən təhlükəli hərbi xidmət ölkəsinə çevrilib
«Ermənistan ən təhlükəli hərbi xidmət ölkəsinə çevrilib. Bu ölkədə baş verən proseslər bunu deməyə əsas verir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, erməni hərbçinin Azərbaycan tərəfinə keçməsi də real vəziyyəti əks etdirir. Onun sözlərinə görə, hərbi qulluqçunun ermənilərə etdiyi çağırış Ermənistan ordusunda vəziyyətin ağırlığını təsdiqləyir.
"Erməni vətəndaşların Serj Sarkisyanın işğalçı siyasətini bütün dünya qarşısında ifşa etməsi müsbət haldır. Ermənistan cəmiyyəti də vəziyyətdən nəticə çıxarmalıdır. Özgəsinin torpağını işğal etmək onlara heç nə verməyəcək. Əksinə, ermənilər bu torpaqlarda övladlarını itirirlər. Ona görə də, Azərbaycan torpaqlarını tərk etmək onların çıxış yoludur»- deyə, R.Musabəyov qeyd edib.