YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada ictimai iştirakçılığın Azərbaycan modeli təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib.

Şuranın, İtaliya Coğrafiya Cəmiyyətinin (İCC) və İtaliya-Azərbaycan Assosiasiyasının (İAA) birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi ötən il ölkəmizdə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” qanunu İtaliya ictimaiyyətinə təqdim etmək, müvafiq sahədə Azərbaycan təcrübəsini bölüşmək olub.

İAA-nın sədri xanım Paola Kasaqrandenin moderatorluğu ilə keçirilmiş konfransda ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafından danışıb. Bildirib ki, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin parlamentlərarası dostluq qruplarının rolu böyükdür.

Tədbirdə çıxış edən A.Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti sahələrində ölkəmizdə görülən işlərdən, İtaliya ilə əlaqələrdən danışıb.
Sonra müvafiq mövzu ilə bağlı müzakirələrin aparıldığı tədbirdə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi ilə bağlı suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv