Xəbərlər
Şəhid Hüseyn Abbasovun məzarı ziyarət olunub
Hacıqabul rayonunda Vətən Müharibəsi şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayon hüquq-mühafizə orqanları və idarə-müəssisə rəhbərləri, partiya fəalları rayon Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər. Şəhid Hüseyn Abbasovun xatirəsini daşıyan tablo atasına təqdim edilib.
Daha sonra anım tədbiri şəhidin təhsil aldığı Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbdə davam edib.