Xəbərlər
YAP Nəsimi rayon təşkilatında partiyanın veteran üzvü Zərifə Quliyevanın 70 illik yubileyi münasibətilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında partiyanın veteran üzvü, Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyevanın 70 illik yubileyi münasibətilə görüş keçirilib.
Rayon təşkilatın sədri Azər Süleymanov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona cansağlığı və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, Zərifə Quliyeva hər zaman ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirib.
Göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Zərifə Quliyeva ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu söyləyib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyini deyib.