YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparılır

«Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi, azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi heç də təsadüfi deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib. 

F.İbrahimli bildirib ki, bu sənəd 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. Onun sözlərinə görə, hazırda 31 mart azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. 
«Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanılıb. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir. İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcək»- deyə, F.İbrahimli qeyd edib.

DİGƏR Xəbərlər Arxiv