Xəbərlər
Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Aprelin 8-dən 12-dək Qubada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan bildiriblər ki, konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.