Xəbərlər
Şəhid Anar Nurullayevin məzarı ziyarət olunub
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və təşkilat nümayəndələri Vətən müharibəsi şəhidi Nurullayev Anar Siyavuş oğlunun ildönümü ərəfəsində ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. V.Rüstəmov bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi Varis kimi Vətən oğullarının qanı və canı bahasına uğurla nəticələndi.
Təşkilat sədri şəhid ailəsinin qayğı və problemləri ilə də maraqlanıb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, 2001-ci il yanvarın 19-da Sabirabad rayonunun Osmanlı kəndində anadan olan Anar Nurullayev 2020-ci il sentyabrın 30-da Talış istiqamətində şəhidik zirvəsinə ucalıb. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 17-də Sabirabad rayonunun Osmanlı kəndində dəfn olunub.