YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatları Ermənistana maliyyə yardımını dayandırmağa çağırıb

ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsi yanında “Dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə büdcə təxsisatlarının alt komitə”sinin 2016-cı maliyyə ilinə dair dinləmələrinə şahid ifadəsini təqdim edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktorlar şurasının üzvü Bədir Məmmədli çıxışında komitənin sədri Key Qranqerə və komitənin baş üzvü Nita Louiyə təşəkkür edərək, ABŞ-ın dünya ölkələrinə maliyyə yardımı ayırmalı olduğu meyarlar əsasında Azərbaycan təşkilatının hazırladığı arqumentləri izah edib.

B.Məmmədli onu da qeyd edib ki, ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalı faktının beynəlxalq aləmdə tanınmasını və Ermənistanın beynəlxalq hüququn elementar prinsiplərini pozduğunu nəzərə alaraq, Ermənistana hərbi yardımı dayandırmalıdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi daha sonra qeyd edib ki, ABŞ-dakı azərbaycanlılar Ermənistan-Azərbaycan münaqişəsindən zərərçəkənlərə ABŞ yardımının təkcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna yönəldilməsindən narahatdırlar. Bu da Dağlıq Qarabağın öz torpaqlarından qovulmuş azərbaycanlı icmasının hiddətinə səbəb olub. B.Məmmədli bəyan edib: “Təəssüf ki, ABŞ administrasiyası Azərbaycanın işğal olunmuş regionuna bilavasitə yardımı davam etdirir. Halbuki digər separatçı törəmələrə, o cümlədən Krım, Abxaziya, Cənubi Osetiya və Dnestryanı və dünyanın digər analoji regionlarına münasibətdə belə yardım göstərmir”. 

DİGƏR Xəbərlər Arxiv