Xəbərlər
Belarusun rabitə və informatizasiya naziri Azərbaycana səfər edəcək
Martın 30-dan aprelin 2-dək Belarus Respublikasının rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində S.Popkovun azərbaycanlı həmkarı nazir Əli Abbasovla görüşü nəzərdə tutulur. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.