Xəbərlər
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqa başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".