Xəbərlər
Göyçayda şəhidlərin övladları üçün bayram tədbiri təşkil olunub
Bu gün Göyçay Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış göyçaylıların övladları üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil edib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinın başçısı Mehdi Səlimzadə, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının rəhbərliyi və fəalları, şəhidlərin valideynləri, qazilər iştirak ediblər.