Xəbərlər
Əli Məsimli: Ölkəmizdə qeyri-neft sektorunun potensialı böyükdür
«Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsi müsbət haldır». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, bu proses daha da stimullaşdırılmalıdır. Onun sözlərinə görə, sənaye məhəllələrinin, şəhərciklərinın və s. yaradılması istiqamətlərində görülən işlərin də əhəmiyyəti böyükdür.
«İxrac yönümlü qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü işlərin sürətləndirilməsi vacibdir. İKT sahəsində də əldə edilən uğurlar artıb. Amma bu sahənin potensialı daha genişdir. Həmçinin, bu sahədən istifadənin dairəsi genişləndirilərək uğurları davamlı etmək mümkündür. Bununla yanaşı, qeyri-neft sektorunun tərkib hissəsi olaraq kənd təsərrüfatının və turizm sahəsinin də potensialı böyükdür»- deyə, komitə üzvü qeyd edib.