YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan qeyri-konstruktiv siyasətini davam etdirərək Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu söyləyib.
Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu qeyd edərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə mane olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.