Xəbərlər
Rasim Musabəyov: “Human Rights Watch” və digər bu kimi təşkilatlar ölkəmizin əleyhinə olan qüvvələrin əlində alətdir
«İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya bir daha təqdim olunması baxımından mühüm bir tədbirdir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Azərbaycanın uğurlarına heç də hamı sevinmir. Onun sözlərinə görə, “Human Rights Watch” və digər bu kimi təşkilatlar ölkəmizin əleyhinə olan qüvvələrin əlində alətdir.
«Onlar Azərbaycanı ləkələmək və ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər. Ancaq biz öz işimizi yaxşı qururuq, siyasətimiz düzgündür və bu halda belə cəhdlər vəziyyəti dəyişə bilməz»- deyə, R.Musabəyov qeyd edib.