Xəbərlər
YAP Pirallahı rayon təşkilatı S.Bağırov 5 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib
Oktyabrın 22-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı S.Bağırov 5 ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib. Hesabat-seçki yığıncağını açıq elan edildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Hesabat-seçki yığıncağının gündəliyi səsvermə yolu ilə təsdiq edildikdən sonra S.Bağırov 5 ərazi partiya təşkilatının sədri Şakir Mikayılov hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları S.Bağırov 5 ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər.
Gündəlikdə duran 2-ci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən S.Bağırov 5 ərazi partiya təşkilatının sədri vəzifəsinə Şakir Mikayılovun namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə Şakir Mikayılovun namizədliyi təsdiq edildikdən sonra təşkilatın fəallarından olan Zəminə Quliyevanın S.Bağırov 5 ərazi partiya təşkilatı sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürüldü. Səsvermə yolu ilə Zəminə Quliyevanın namizədliyi təsdiq edildi.
Yığıncaqda çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov bildirib ki, bir il əvvəl Azərbaycan dövləti tarixə öz şanlı Qələbəsini yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-iqtidar birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi, Azərbaycan bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalandı.
İclasın sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarına müvafiq tövsiyyələrini verib.