YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan münasibətlərin sivil qaydada normallaşmasına tərəfdardır

Son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozitiv mesajlar verilsə də, biz əməli addımları görə bilmirik. Qarşıdakı vaxtlarda əməli istiqamətdə addımları görəcəyimizə ümid edirik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə keçirdiyi birgə brifinqdə səsləndirib.

Nazir C.Bayramov Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, ölkəmizin sivil qaydada münasibətlərin normallaşmasına tərəfdar olduğunu diqqətə çatdırıb.

Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasının tez başlanmasının və onun həllinin vacibliyini qeyd edən C.Bayramov vurğulayıb: “Biz bu istiqamətdə gedən prosesləri izləyirik. Atılan müsbət addımlara müsbət cavab verəcəyik. Revanşist çağırışlar edən, bu istiqamətdə fikirlər söyləyən qüvvələrə tövsiyəmiz odur ki, yanlış istiqamətdə getməsinlər, çünki bu çıxışlar yaxşı nəticə vəd etmir”.

DİGƏR Xəbərlər Arxiv