YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sosialyönümlü dövlətdir və verilən qərarlar zamanı insan amili hər zaman əsas götürülür

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Tarif  Şurasının oktyabrın 16-da keçirilən iclasında  təbii qaz və elektrik enerjisi üzrə tariflərin tənzimlənməsinə dair məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib. Bu qərarların verilməsini şərtləndirən bir sıra səbəblər mövcuddur. Xüsusilə,  təbii qazın tariflərinində dəyişikliyin  edilmə səbəbləri müxtəlifdir. Bu səbəbləri ümumiləşdirsək xarici və daxili səbəblər kimi təsnif etmək olar. Daxili səbələrə ölkədə təbii qazın istehlakının artması, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənməsi, abonentlərinin sayı yüksəlməsi kimi amillər aiddir. Bütün bunlar isə dövlətin xərclərini artırır, eyni zamanda hasilatçıların subsidiyalardan asılılığını yaratmış olur. Xarici səbəblər də bu məsələyə çox ciddi təsir göstərir. Son aylar ərzində dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşmağa başlamışdır ki, bu da COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda baş verən hallardır. Elektrik enerjisinin qiymətlərində artım isə təbii qazın maya dəyərinin artmasından birbaşa asılıdır. Bütün bu səbəblər təbii qaz və elektrik enerjisi üzrə tariflərin artırılmasını qaçılmaz edir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir tərkib hissəsidir və dünya enerji bazarında baş verənlər ölkəmizə də öz təsirini göstərir.

Azərbaycan sosialyönümlü dövlətdir və verilən qərarlar zamanı insan amili hər zaman əsas götürülür. Tarif Şurasının bu dəfə verdiyi qərarlar da məhz bu prinsipə əsaslanmışdır. Belə ki, təbii qaz və elektrik enerjisinin qiymətləri diferensial tariflərlə təsbit edilmişdir. Təbii ki, qiymətlər tənzimlənərkən əhali qrupu nəzərə alınıb və  baş verən qiymət dəyişikliyi insanlarımızın ailə büdcəsində elə ciddi bir təsir etməyəck. Enerji daşıyıcılarının qiymətlərində edilmiş dəyişikliklərdən sonra  dünya ölkələrində qaz və elektrik enerjisinin qiymətlərini müqayisə etdikə məlum olur ki, ölkəmizdə qiymətlər daha ucuzdur. Qiymətlərdə edilən dəyişikliklər ölkə iqtisadiyyatının daha da güclənməsinə və istesalçıların dövlət büdcəsindən asılılığı aradan qaldırmış olacaq. Onu da nəzərə alaq ki, belə olan halda xaricə ixrac edilən istər təbii qaz, istərsə də elektirik enerjisindən gələn gəlirin həcmi artmış olacaq. Bu da öz növbəsində əhalinin, xüsusilə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırlmasına öz müsbət təsirini göstərəcək və dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial layihələrin sayının artmasına gətirib çıxaracaqdır.

DİGƏR Xəbərlər Arxiv