YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Yuta ştatı da Xocalı soyqırımını tanıdı

ABŞ-ın Yuta ştatının qubernatoru Qeri Herbert Xocalı soyqırımının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.
Məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.
Qubernator Q.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təşəkkür edir. O, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.
Qeyd edək ki, bu, Yuta qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə, ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 17-yə çatıb.