Xəbərlər
Millət vəkili şəhid ailələri və qazilərlə görüşüb

Zaqatala və Balakən seçicilərini Milli Məclisdə təmsil edən millət vəkili Kamilə Əliyeva növbəti dəfə şəhid ailələrini və qaziləri ziyarət edib.
Görüş zamanı Mİlli Məclisin deputatı Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğunu, onların qaygılarını diqqətdə saxladığını bildirib. Zaqatala şəhərindən, eləcə də Balakən rayonunun Katex, Mahamalar, Hənifə kəndlərindən olan şəhid ailələri və qazilərlə evlərində görüşən millət vəkili onların problemləri ilə maraqlanıb.
Mİllət vəkili qazilərin gündəmə gətirdikləri məsələləri aidiyyəti qurumlarla həll etmək üçün nəzarətə götürüb, bəziləri isə yerindəcə həll edilib.
Sonda şəhid ailələri və qazilər öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.