Xəbərlər
Müdafiə Nazirliyi: Azərbaycan Ordusuna məxsus iki PUA-nın vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır

Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır.