Xəbərlər
Azərbaycan Əfqanıstana yeni səfir təyin edib
Prezident İlham Əliyev H.S.Zeynalovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.
Sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Prezident İlham Əliyevin digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.