YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Prezident İlham Əliyevin apardığı çox düzgün diplomatik siyasət nəticəsində Ağdamdan sonra Füzuli və Zəngilanın mina xəritələri Azərbaycana təqdim olundu

“Prezident İlham Əliyevin apardığı çox düzgün diplomatik siyasət nəticəsində Ağdamdan sonra Füzuli və Zəngilanın mina xəritələri Azərbaycana təqdim olundu”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov “Yeni TV”nin canlı yayımında bildirib.

O deyib ki, mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi işimizi yüngülləşdirir: “Çünki minalanmış ərazilərin təmizlənməsi çətin, vaxt aparan prosesdir. Biz ermənilərin hansı ərazidə nə qədər mina basdırdığını bilmirik. Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin Azərbaycana təqdim olunması ilə həm vaxt, həm insan, həm də maliyyə itkisinin qarşısını almaq mümkün olacaq. Eyni zamanda, həmin ərazilərdə təhlükəsizlik təmin olunacaq”.

A.Badamov qeyd edib ki, Ağdamdan sonra Füzuli və Zəngilan rayonları 30 illik işğal dövründə ən çox minalanmış ərazilər olub: “Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə reallaşdırılır. Beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Füzulinin strateji əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, xəritələrin təqdim olunması ilə quruculuq işləri daha sürətlə həyata keçiriləcək”.

DİGƏR Xəbərlər Arxiv