YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ermənistan heç bir beynəlxalq konvensiyaya məhəl qoymur

“Təəssüflər olsun ki, üçtərəfli bəyanat imzalandıqdan sonra 120-dən çox mülki və hərbi vətəndaşımız minaya düşərək həlak olub və ya yaralanıb”.

Bunu “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Azər Badamov ermənilərin mina terrorundan danışarkən bildirib.

Onun sözlərinə görə, müharibə noyabrın 10-da imzalanan bəyanatla sonlanıb və müharibədən sonra görüləcək işlər bəyanatın bəndlərində əksini tapıb: “Beynəlxalq konvensiyalara görə, postmünaqişə dövründə mülki şəxslərə zərər gətirəcək, onların həlak olmasına səbəb ola biləcək hadisələr qarşı tərəfə bəyan olunmalıdır. Cenevrə Konvensiyasında qeyd olunur ki, müharibə dövründə baş verən hadisələrin təkrarlanmaması, mülki şəxslərin sağlamlıqlarına zərər verilməməsi, onların həyatına təhlükə yaranmaması üçün minalanmış ərazilərin xəritəsi qarşı tərəfə verilməlidir. 164 ölkənin qoşulduğu, Kanadanın Ottava şəhərində imzalanan konvensiyaya görə isə münaqişə olmayan dövrdə minaların daşınması, saxlanması, basdırılması və bu yolla insanlara zərər verilməsi qadağandır”.

Azər Badamov qeyd edib ki, Ermənistan özü də Cenevrə konvensiyasını 1999-cu ildə ratifikasiya etməsinə baxmayaraq, yenə də beynəlxalq hüquq normalarını pozur: “Ermənistan həmin sənədə imza atıb ki, belə hallar yaşanarsa, qarşı tərəfə bəyan edəcək. Baş verənlər isə onu deməyə əsas verir ki, Ermənistan heç bir beynəlxalq konvensiyaya məhəl qoymur, beynəlxaq hüquq normalarına riayət etmir. Öz bildiklərindən əl çəkmir, hərbi cinayətləri davam etdirirlər. Bizim mülki insanlarımızın minaya düşərək həlak olması Ermənistanın hərbi cinayətlərinin qurbanları kimi dəyərləndirilməlidir. Beynəlxalq ictimaiyyət isə susur, beynəlxalq təşkilatlar susur. İkili standartlarla yanaşma ortaya qoyulur. Belə hadisə Ermənistana qarşı olsa idi, çoxdan səslərini çıxarmışdılar. Azərbaycana qarşı təzyiq, sanksiyalar işə salardırlar. Çox təəssüflər ki, mina xəritələrinin verilməməsi, günahsız insanların həlak olmasının qarşısının alınması istiqamətində beynəlxalq ictimaiyyət Ermənistanı addım atmağa məcbur etmir. Biz beynəlxalq təşkilatlardan Ermənistanı mina xəritələrini verməyə məcbur etməsi istiqamətində addımlar atmasını tələb etməliyik”. 

 

DİGƏR Xəbərlər Arxiv