YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniyalı akademik: Azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür

AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun işğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olması xəbəri bütün ərəb jurnalistləri kimi, məndə də dərin kədər və qəzəb hissi oyatdı. Bu faciənin məsuliyyəti uzun illərdir hərbi təxribatlarını davam etdirən Ermənistan hakimiyyətinin üzərinə düşür.

Bu fikirləri tanınmış iordaniyalı jurnalist, akademik Mərvan Sudah söyləyib. O bildirib: “Azərbaycanı öz Vətənim sayıram, hələ ötən əsrin 60-cı illərinin sonunda, gənclik yaşlarımda Bakı radiosunun ərəb redaksiyası ilə əməkdaşlıq etmişəm. Azərbaycanlı həmkarlarımla sıx əlaqələrim bu gün də davam edir. Deməliyəm ki, jurnalistlərin minaya düşərək həlak olması beynəlxalq hüquqa və elementar əxlaq normalarına məhəl qoymayan ermənilərin təcavüzkar siyasətinin daha bir ağır nəticəsidir. Azərbaycan şəhərlərini uzun müddət işğal altında saxlayan, hətta azərbaycanlıların qədim yurdu İrəvanı özlərinə paytaxt edən ermənilər Qafqazda sülhə və təhlükəsizliyə təhdid mənbəyidirlər. Beynəlxalq ictimaiyyət jurnalistlərin həlak olmasına görə Ermənistanı cəzalandırmalı, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən ermənilər rəsmi şəkildə üzr istəməli, təzminat ödəməlidirlər. Bu, beynəlxalq jurnalist təşkilatlarının, o cümlədən Ərəb Jurnalistlər Birliyinin mövqeyidir. Digər tərəfdən, yaxşı olardı ki, hər zaman Ermənistanın təcavüzkar siyasətini pisləmiş İslam Əməkdaşlıq Təşkilatı da insanlığa qarşı bu cinayəti qətiyyətlə pisləsin”.

Ermənistanın təxribatı nəticəsində azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı qlobal kampaniya təşkil edilməsinin vacibliyini vurğulayan Mərvan Sudah deyib: “Ermənistanın cinayətlərinə son qoyulması istiqamətində birgə səyləri artırmalıyıq. Bu cinayətlər Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən və Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunduqdan sonra da davam edir. Jurnalistlərin Ermənistanın bu cür əməllərinin qurbanı olmasına yol vermək olmaz. Bütün beynəlxalq təşkilatlar öz peşə vəzifələrini yerinə yetirən media nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməlidirlər”.

 

DİGƏR Xəbərlər Arxiv