Xəbərlər
Prezident İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın təltif edilməsi haqqında Sərəncam imzalayıb

İyunun 5-də Prezident İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xuraman Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.