YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə 28 May Respublika Günü münasibəti ilə videokonfrans formatında tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı  və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  28 May Respublika Günü münasibəti ilə   “28 May – İstiqlal günümüzdür” adlı  videokonfrans formatında tədbir  keçirildi.

Videokonfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli,  rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya  təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.  

Tədbiri  çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini  Vəsilə  Əsgərli  açıb.  O, ilk öncə 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və onların simasında  bütün   rayon sakinlərini təbrik   edərək bldirib ki,  Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi – müsəlman şərqində ilk demokratik cümhuriyyət dərin tarixi kökləri olan milli dövlətçilk ənənələrimizin məntiqi davamı idi. 1918-ci mayın 28-də Tiflisdə Azərbaycan milli şurası ölkənin dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan müstəqilliyə qovuşdu. Xalqımız Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətini çox yüksək qiymətləndirir.       

Qeyd olunub ki, İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Eyni zamanda cənab Prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

DİGƏR Xəbərlər Arxiv