YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda “Cümhuriyyətdən qələbəyə” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Günü ilə əlaqədar “Cümhuriyyətdən qələbəyə” adlı videokonfrans formatında tədbir keçirildi.

Tədbirdə YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivləri, YAP Binəqədi rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışdı, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırlatdı. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişafı, xalqımızın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açdı.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi Firdovsiyyə Əhmədova geniş çıxış etdi. Vurğualdı ki, 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu gün isə qürurla bildiririk ki, müstəqil və müasir Azərbaycan özünün uğurlu inkişaf yolunda qətiyyətlə və inamla addımlayır.

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli  tam orta məktəbin 8-ci sinif şagirdi Leyla Məlikova tədbirin gedişatında 28 May Respublika Günü ilə əlaqədar şeir səsləndirildi.

Tədbirin yekununda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov geniş nitq söylədi. Xalq Cümhuriyyətinin yaradılmasına gətirən səbəblər, eləcə də mövcud olduğu 23 ay ərzində əldə olunan uğurlardan danışdı. Bu tarixin heç bir zaman unudulmayacağını və qəhrəmanlıq səhifəsi kimi daim yad ediləcəyini, gələcək nəsillərə çatdırılacağını diqqətə çatdırdı. Ramiz Göyüşov, həmçinin bildirdi ki, bu gün dövlətimiz misilsiz inkişaf və tərəqqi yolu keçir. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən üzərindəki parlaq qələbəsi və tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi həyata keçirilən güclü ordu quruculuğu, siyasi və diplomatik siyasətin nəticəsidir.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif olundu.

DİGƏR Xəbərlər Arxiv