YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan demokratik dəyərlərə görə dünya ölkələrinə nümunə ola bilər

«ABŞ həmsədr kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki,  Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət daşısa da, bu əlaqələr yalnız bir tərəfin iştirakı ilə mümkün olmur. Onun sözlərinə görə,  bu gün demokratiya, insan hüquqlarından ayrı-ayrı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir.

«İnsan hüquqları ümumbəşəri dəyərlərdir və Azərbaycan bu məsələdə və digər demokratik dəyərlərə görə dünya ölkələrinə nümunə ola bilər. Ölkəmizdə bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı xüsusi qeyd edilməlidir. Belə proqramlar çox az ölkələrdə həyata keçirilir. Azərbaycan beynəlxalq dəyərlərə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir və etdirəcək. Təəssüf ki, ABŞ-da müəyyən dairələr insan hüquqlarının vəziyyəti ilə bağlı ölkəmizi tənqid edirlər. Təbii ki, bu tənqidlərin heç bir əsası yoxdur. Çünki bütün bunlar sifarişlə həyata keçirilir»- deyə, şöbə müdiri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv