Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram.”