YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnova təbrik ünvanladı.
Təbrikdə deyilir: “Sizi – Beynəlxalq Olimpiya Komitəsinin qocaman üzvünü 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, bütün dünyada idmanın inkişafı və populyarlaşdırılması işində yeni uğurlar arzulayıram.
Sizin çoxillik fəaliyyətiniz Olimpiya ideallarına sədaqətlə xidmət etməyin nadir nümunəsidir. Siz həm sovet dönəmində, həm də postsovet dövründə sağlam həyat tərzinin, bədən tərbiyəsinin və idmanın təbliği üçün çox iş görmüsünüz. Ölkələrimizin idman ictimaiyyəti Sizin Azərbaycanın və Rusiyanın idmançıları və idman təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Əminəm ki, Sizi Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ən çox arzu edilən qonaqlardan biri kimi görəcəyik. İndi Azərbaycanda həmin Oyunlara hazırlıq işi başa çatır. Ümidvarıq ki, bu Oyunlar Olimpiya hərəkatında yeni mərhələ olacaq, olimpizmin fundamental dəyərlərinin və prinsiplərinin möhkəmlənməsinə layiqli töhfə verəcək.
Sizin çoxillik təcrübəniz gənc idmançıların yeni nəsilləri üçün son dərəcə maraqlı və faydalıdır. Düşünürəm ki, Sizə xas olan enerji istedadlı gənclərin Olimpiya hərəkatına cəlb edilməsinin perspektivləri ilə bağlı hələ çox planları və layihələri həyata keçirməyinizə imkan verəcək. Sizə uğurlar diləyirəm.”





 

DİGƏR Xəbərlər Arxiv