YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət məsələləri MDB-nin qərargahında müzakirə ediləcək

Fevralın 17-18-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol Layihəsinin yenidən işlənməsi və razılaşdırılması üzrə Ekspert Qrupunun iclası keçiriləcək.
Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, 1993-cü ilin yanvar ayında imzalanmış bu saziş müvafiq sahədə baza sənədi olub. Sazişin həyata keçirilməsi üçün Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şura yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistan nümayəndələri daxildir. Şuranın işində Türkmənistan da fəal iştirak edir.
Şura haqqında Əsasnaməni MDB-nin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnaməyə uyğunlaşdırmaq məqsədilə bu sənədə Şuranın vəzifələrini və funksiyalarını, onun iş qaydasını dəqiqləşdirən çoxlu düzəlişlər olunması təklif edilir.
Sənədin layihəsi qəti razılaşdırıldıqdan sonra o, müəyyən olunmuş qaydada Birliyin hökumət başçılarının müzakirəsinə təqdim ediləcək.
 

DİGƏR Xəbərlər Arxiv