YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Robert Sekuta: Ölkələrimiz arasında anlaşma və qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərəcəm

ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də Bakıya gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə görüşən R.Sekuta Bakıda olmağından məmnunluğunu bildirib.
Diplomat deyib ki, etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəndən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Azərbaycan haqqında məlumatlı olduğunu bildirən səfir qeyd edib ki, diplomatik missiyası dövründə ölkələrimiz arasında anlaşma və qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərəcək.
R.Sekuta deyib: “Bakıda sizinlə görüşməyimə çox şadam, əminəm ki, səlahiyyətlərimin rəsmi icrasına başlayandan sonra sizinlə görüşlərimiz daha çox olacaq”.

 

DİGƏR Xəbərlər Arxiv