Xəbərlər
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Türkiyəli diplomat bu yüksək mükafata Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə layiq görülüb.
Bu gün Erkan Özoralı qəbul edən Prezident İlham Əliyev ordeni ona təqdim edib.
Xatırladaq ki, 2016-cı ildən Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Erkan Özoralın ölkəmizdəki fəaliyyət müddəti başa çatır.