YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: İşğaldan azad olunmuş ərazilərimizdə mədəni-tarixi və dini abidələrimizin bərpası diqqət mərkəzindədir

“Azərbaycan xalqı zəngin mədəni irsə, tarixi-milli ənənələrə sahibdir. Əsrlərdən ötüb gələn bu zəngin sərvətlərimiz bu gün dövlətimiz tərəfindən qorunur və yaşadılır. Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən məhz Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvolları hesab etmək olar”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımlar atılır. Bu prosesdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz vacib tədbirlər həyata keçirməkdədir. Eyni zamanda, mədəni irsimizin təbliği və qorunması işində respublikamızın Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi rol oynayır.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunası ilə əlaqədar videoformatda qəbul edərkən  Azərbaycan mədəniyyətinin inkişafı, mədəni irsimizin qorunması ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib. Bu sırada işğaldan azad olunmuş ərazilərmizdə mədəni-tarixi və dini abidələrimizin bərpası məsələsi də böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının təşəbbüsü ilə indiyədək bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. cənab Prezidentin tapşırığına uyğun olaraq, yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməyib.

Deputat qeyd edib ki, cənab Prezident tərəfindən  Şuşanın ölkəmizin mədəniyyət paytaxtı elan edilməsi tarixi önəm kəsb edir: “Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki,  Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Ümumiyyətlə, Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi bu hədəflərə nail olmağımızı sürətləndirəcək. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir. Digər tərəfdən, Füzuli rayonunda hava limanının inşa edilməsi Şuşa və bu şəhərdə keçiriləcək mədəni tədbirlərdə xarici qonaqların iştirakının təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır. Bu amil mədəniyyətimizin beşiyi olan Şuşanın dünyada təbliği  baxımından da xüsusi rol oynayacaq”.

DİGƏR Xəbərlər Arxiv