YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı “Möhtəşəm qələbəmiz Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənəsidir” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Möhtəşəm qələbəmiz Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənəsidir” mövzusunda videokonfrans formatında tədbir keçirib.

Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adının zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer aldığını söyləyib. T. Tağıyev bildirib ki, Ulu Öndər həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın Ümummilli Lideri səviyyəsinə yüksəlib.

Təşkilat sədri həmçinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad etdiyini vurğulayıb və bu qələbənin dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

Tədbirdə daha sonra SOCAR-ın Mərkəzi arxivinin rəisi Ağaəli Hüseynov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli Məmmədov, "Tornado" mühafizə şirkətinin direktoru Amil Xankişiyev, YAP Nərimanov rayon təşkilatının Baş məsləhətçisi Nizami Babaşov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev siyasəti bundan sonra Azərbaycanın inkişafında müstəsna rol oynayacaq.

DİGƏR Xəbərlər Arxiv