YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan dövləti regionda yeni əməkdaşlıq platforması yaradır

“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçıın rayonunun qaytarılmasının timsalında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatının, Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad etməsi mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. belə ki, bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı və torpaqlarımızın işğalı asanlaşdı. Artıq Laçının işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpa olunması deməkdir. Rayonun strateji əhəmiyyətini nəzərə alsaq, onun işğaldan azad edilməsi həqiqətən də tarixi hadisədir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman  prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, ümumiyyətlə, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyi, oarada yaşayan əhalinin rifahı üçün bütün addımılar atılacaq və bütün bunlar həmin regionda yaşayan bütün insanlar, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər üçün  yeni perspektivlər açacaq.

S.Fətəliyeva deyib ki, müharibədə məğlub olan Ermənistan beynəlxalq münasibətlər sistemində sebyekt deyil, obyektdir. Onun bu vəziyyətə düşməsi Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Əgər bu ölkə zamanında Azərbaycanın çağırışlarına əməl edib işğalçılıq siyasətinə son qoysaydı, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin iştirakçısı ola bilərdi. Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciəti zamanı bu məsələlərlə bağlı fikirlərini ətraflı şəkildə bildirdi.   

“Bilirsiniz ki, noyabrın 10-da imzalanmış Bəyanat ardıcıl şəkildə icra edilir. Razılaşmalara əsasən atəşkəs təmin edilib, üç rayon Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Eyni zamanda,  BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaqlar. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bir məqamı qeyd etmək istəyirəm ki, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”,-deyə S.Fətəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv