YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyata keçirlən iqtisadi strategiyanın uğuru

Azər Badamov

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlılq komitəsinin sədrinin müavini

Milli Elimlər Akademiyasının 80 illiyi ilə bağlı keçirildiyi yubiley iclasda geniş nitqlə çıxış edən Prezident İlham Əliyev texnoloji inkişafa, rəqəmsallaşmanın, süni intelektin, hərbi sənayenin inkişafında və işğaldan azad olunmuş ərazilərdə geoloji işlərin aparılmasında alimlərin iştirakı məsələsini vacib hesab etdi. Dövlət başçımız qeyd etdi ki, “Hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir.” 

Müasir dünyada təbbi resurslar ölkənin inkişafında öz yerini  cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı üzərinə keçirməlidir.  Qabaqcıl inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına diqqət yetirsək görərik ki, həmin ölkələrin inkişafında əsas yeri texnoloji və intelektual inkişaf dayanır.  Dövlət başçımızın çıxışda ölkəmizin iqtisadi inkişafı ilə bağlı danışmazdan əvvəl texnoloji, rəqəmsallaşma, süni intelekt və hərbi sənayesinin inkişafına toxunması heç də təsadüfdən irəli gəlməyib.  Çünki, ölkəmizdə müasir iqtisadi  inkişaf modelinə keçid edilir və bu prosesdə alimlərin iştirakı keçid prosesini daha elmi əsaslarla uğurlu edəcəkdir. 

Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun üzərinə keçid edilir.  Gələn ilin dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfertləri azaltmaqla qeyri-neft sektorundan gələn gəlirlərinin 8% artırılmasının proqnozlaşdırılması bu sektorun iqtisadiyyatda artan payından irəli gəlir.   Cari ilin 9 ayında ölkənin ÜDM-in artımı 1,3% olduğu halda qeyri neft sektorunda 2,9% artması artıq qeyri-neft iqtisadiyyatının prioritet olmasına keçidin göstəricisidir. Son vaxtlar enerji resurslarının ÜDM-də payı azalması neftin hasilatının azalması ilə bağlıdır.  Məsələn, cari ilin 9 ayında neft hasilatı sektorunda 4,6% azalma olmasına baxmayaraq qaz hasilatında 2,8% artıma nail olunaraq ümumi enerji istehsalının azalmasını 1,9% səviyyəsinə qərarlaşmasına baxmayaraq  ümumi ÜDM artım tempinin qorunub  saxlanılması qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Bu baxımdan qeyri-neft sektorun texnoloji inkiaşf, rəqmsallaşma və süni intelektin üzərinə keçid edilməsi ümumi iqtisadi inkişaf göstəricilərini nəinki qoruyub saxlanmasına, həm də  inkişaf dinamikasında yeni uğurlu nəticələrin əldə olunmasına  imkan verəcəkdir.  Ona görə də dövlət başçımız çıxışda texnoloji inkişafa investisyaların qoyulmasının vacibliyini bir daha vurğuladı.  Makro iqtisadi göstəricilərə toxunan dövlət başçımız xarici dövlət borcunun ÜDM-in 6% olduğunu qeyd edərək valyuta ehtiyatlarımızdan 16 dəfə aşağı olduğunu diqqətə çatdırdı. Bəli, Azərbaycan dünyada  çox az ölkələrdəndir ki, xarici dövlət borcunu bir neçə ayda ödəyib sıfırlamaq imkanına malikdir. Bu gün inkişaf etmiş ölkələrin çoxunda xarici dövlət borcu həmin ölkələrin ÜDM -in 100% və daha çoxdur.  Ölkəmizdə həyata keçirlən iqtisadi strategiyanın uğurudur ki, ölkəmiz həm regional inkişaf layihələri icra edir, həm də valyuta ehtiyatlarını artırır.  Biz hər ilə dövlət büdcəsindən 4 milyard manata yaxın vəsaiti işğaldan azad olunmuş ərazilərə yatırırıq. Dövlət büdcəmizin qarşısnda ölkə ərazilərinin yenidən qurulması və bərpası kimi böyük vəzifələr dayanır. Təbii ki, Böyük Qayıdışa dair dövlət Proqramı uğurla icra olunur və işğaldan azad olunmuş ərazilərdə yeni şəhər və kəndlər tikilərək keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılır. Həm də paralel olaraq digər rayonlarda da sosial infrastruktur layihələrin icrası davam etdirilir.  Yəni, iqtisadiyyatın  qeyri-neft sektorunun inkişaf etdirlməsi ilə ərsəyə gələn  dövlət büdcəsi böyük xərclər qarşılığında iqtisadiyyatın inkişaf dinamikasını  qoruyub saxlayır. Amma bu templeri sürətləndirmək üçün isə alimlərimizin iştirakı ilə iqtisadiyyatın texologiyalar üzərində süni intelektin tətbiqi ilə davam etdirlməsi prioritetdir.