YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasında ictimai sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər” mövzusunda növbəti kursu keçirilib

Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasında ictimai sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.

Tədbirdə əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.

Sonra Milli Məclisin deputatı Cavid Osmanov məruzəçi qismində mövzu ilə bağlı çıxış edib. Azərbaycanın geostrateji məkanda yerləşdiyini deyən C.Osmanov bildirib ki, tarixən bu regionda müəyyən beynəlxalq dairələrin maraqları olub. Onun sözlərinə görə, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı təhdidlər davam edib. Müəyyən maraqlı dairələr Azərbaycanın parçalanmasına çalışıb. 1993-cü ildə həqiqətən də Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, qısa müddətdə ictimai-siyasi sabitlik təmin olundu, Azərbaycan inkişaf yoluna qədəm qoydu.

C.Osmanov qeyd edib ki, Ulu Öndərimiz müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaratdı. Bu gün Prezidentimiz İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Bunun nəticəsində Azərbaycan dinamik inkişaf edərək dünyada söz sahibi olan dövlətə çevrilib. Təbii ki, inkişafın təməlində dayanan mühüm amillərdən biri ictimai sabitlikdir. Həyat sübut edir ki, sabitlik olmadan inkişaf mümkün deyil. Bunu yaxın tariximizdə baş verən proseslər də təsdiqləyir. Millət vəkili diqqətə çatdırıb ki, yalnız milli birlik və vətəndaş  həmrəyliyi, ictimai-siyasi sabitlik  şəraitində böyük uğurlara və qələbələrə imza atmaq mümkündür.  Bunu 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi. Ona görə də, bundan sonra da cəmiyyətimizdə birliymiz möhkəm olmalı, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməməlidir.

Daha sonra C.Osmanov kurs iştirakçılarının suallarını cavablandırıb.