YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan kimi dövlətin Davos İqtisadi Forumunda iştirakına lüzum görülmür

«Ermənistan kimi dövlətin Davos İqtisadi Forumunda iştirakına hər hansı bir lüzum görülmür».  Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu səbəbdən işğalçı ölkə belə bir mötəbər forumda iştirak etmir. Onun sözlərinə görə, Davos İqtisadi Forumunda qlobal iqtisadiyyat və qlobal siyasi məsələlər müzakirə olunur.

«Təbii ki, forumda dünyanın qlobal siyasi və iqtisadi məsələlərində xüsusi çəkisi olan, eləcə də proseslərə təsir edən, töhfə verən dövlətlər yaxından iştirak edirlər. Ermənistan isə bu proseslərdən tamamilə təcrid olunmuş kasıb və yoxsul bir dövlətdir. Ermənistan kimi dövlətin orada iştirakına hər hansı bir lüzum görülmür. Məhz bu səbəblərdən də rəsmi İrəvan və bu dövlətin rəhbərliyində olan şəxslər Davos Forumuna dəvət olunmurlar»- deyə, H.Hacıyev qeyd edib.